Azərbaycan yığması 2 qızıl, 2 gümüş və 6 bürüncə layiq görüldü

18 İyun 2019 00:00 Karate 657
Azərbaycan yığması 2 qızıl, 2 gümüş və 6 bürüncə layiq görüldü

İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medala layiq görülüb.

Yığma komandamızın heyətində Qazaxıstana yollanan “Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da mükafatçılar sırasında yer alıb. Təmsilçimiz 14-15 yaşlı yeniyetmələrin yarışında gümüş medala sahib çıxıb.

“Qazaxıstan Open” turnirindən sonra karateçilərimiz Macarıstanın paytaxtı Budapeştə yollanıblar. Təmsilçilərimiz burada karate (WKF) üzrə dünya məktəblilərarası “Combat Games 2019” beynəlxalq turnirində mübarizə aparacaqlar.

İyunun 20-dək davam edəcək nüfuzlu yarışda “Judo Club 2012”nin üzvlərindən Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) da qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı