Zaretska "gümüş" qazandı

22 May 2019 11:24 Karate 449
Zaretska "gümüş" qazandı

İstanbulda Karate1 Seriya A turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, yığmamızın üzvü İrina Zaretska qonşu ölkədə medal qazanıb.

68 kq çəki dərəcəsində mübarizə aparan Zaretska finalda monteneqrolu Marina Rakoviçə 2:4 hesabı ilə məğlub olaraq, gümüş mükafata yiyələnib.

Karate1 Seriya A turnirində 102 ölkədən 1813 karateçi iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti