COP29

Polis rəisinin oğlu dünya çempionatında medal qazandı

13 May 2019 16:12 Karate 477
Polis rəisinin oğlu dünya çempionatında medal qazandı

Sportinfo.az xəbər verir ki, İspaniyanın Qvadelaxara şəhərində Kempo üzrə XVI Dünya çempionatı keçirilib.

67 ölkədən 1300 idmançının iştirak etdiyi qarşılaşmalarda Azərbaycan Kempo yığma komandası 7 idmançı və 2 məşqçi ilə təmsil olunub.

Yarışın üçüncü günü nokdaun versiyası üzrə kişilər arasında DYPİ-nin Axtarış bölməsinin inpsektoru, polis baş leytenantı Vüsal Qələndərov 95 kg çəki dərəcəsində ikinci yer qazanıb.

İdmançılarımız ümumi hesabda üç qızıl, dörd gümüş medalla vətənə qayıdıblar. V. Qələndərov Nəsimi DYP-nin rəisi Qəhrəman Qələndərovun oğludu.

Digər Xəbərlər
Xəbər Lenti