COP29

Azərbaycan yığmasının aparıcı siması "Super 8”ə dəvət aldı - FOTO

9 May 2019 09:12 Karate 655
Azərbaycan yığmasının aparıcı siması "Super 8”ə dəvət aldı - FOTO

Azərbaycan karatesinin liderlərindən olan Ayxan Mamayev “Super 8” Xorvatiya Kubokuna dəvət olunub.

Sportinfo.az xəbər verir ki, Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarış dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək.

Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.

84 kq çəki dərəcəsindəki Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Corce Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaq.

Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.

Yarış mayın 11-də Zaqrebdə keçiriləcək. Mamayev 2014-cü ildə Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti