COP29

FOTO - "Qəbələ"li Rafaeldən Premyer Liqada bürünc medal

21 Aprel 2019 20:16 Karate 450
FOTO - "Qəbələ"li Rafaeldən Premyer Liqada bürünc medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, idmançımız Mərakeşdə keçirilən Karate1 Premyer Liqa turnirində fərqlənib.

75 kq çəki dərəcəsində çıxış edən Ağayev Rabat şəhərində təşkil olunan yarışda bürünc medal qazanıb.

O, 3-cü yer uğrunda qarşılaşmada fransalı Loqan Da Kostaya 2:0 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Aprelin 19-21-də keçirilən Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından olan yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti