COP29

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək karateçilər

12 Aprel 2019 00:10 Karate 542
Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək karateçilər

“Minsk 2019” II Avropa Oyunlarına və Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində ANOC Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları bəlli olub.

Azərbaycan Milli Karate Federasiyasının Mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Belarusun paytaxtında ölkəni 6 karateçi təmsil edəcək.

Kumite turnirində Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq), kata yarışlarında isə Roman Heydərli mübarizə aparacaq.

Karateçilər İspaniyada keçirilən sonuncu Avropa çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak etmək hüququ əldə ediblər.

Karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Son Avropa üçüncüsü R.Heydərovun nəticəsi ona həm də ANOC Dünya Çimərlik Oyunlarında ölkəmizi təmsil etmək şansı verib.

San Dieqoda 9-15 oktyabr tarixlərində mötəbər yarışın karate tirniri isə 10-11 oktyabrda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti