COP29

Azərbaycan yığması Avropa çempionatına yollandı - KİMLƏR VAR?

26 Mart 2019 13:00 Karate 466
Azərbaycan yığması Avropa çempionatına yollandı - KİMLƏR VAR?

Azərbaycanın karate üzrə böyüklərdən ibarət milli komandası 28-31 mart tarixlərində İspaniyanın Qvadalaxara şəhərində 54-cü Avropa çempionatına yola düşüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdəki 19 idmançı həm fərdi, həm də komanda yarışlarında tatamiyə çıxacaq.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev kişilərin fərdi yarışlarında Firdovsi Fərzəliyevə (- 60 kq), Rafiz Həsənova (-67 kq), Rafael Ağayevə (-75 kq), Ayxan Mamayevə (-84 kq) və Asiman Qurbanlıya (+84 kq), qadınların baş məşqçisi Denis Morozov isə Nuranə Əliyevaya (-50 kq), İlahə Qasımovaya (-55 kq), Fəridə Abiyevaya (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyevaya (+68 kq) üstünlük verib.

Komanda çıxışlarında Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev da heyətdə olacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazov fərdi yarışlarda Roman Heydərova, para-karate çıxışlarında Sahib Əhədova, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyətə güvənib.

Turnirdən bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF-in İcraiyyə Komitəsinin üzvü Y.Bəşirovla birgə, federasiyanın vitse-prezidenti Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak edəcəklər.

Avropa çempionatında 51 ölkədən 508 idmançı mübarizə aparacaq. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, olimpiya və Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları qazanmağa çalışacaqlar.

Yarışı idarə edənlər arasında beynəlxlaq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də yer alacaq. 26 martda İspaniyaya yola düşən karateçilər 2 apreldə Bakıya dönəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti