COP29

Azərbaycanlı “Qızıl Qurd” dünya çempionuna nə edəcək?

23 Mart 2019 08:36 Karate 507
Azərbaycanlı “Qızıl Qurd” dünya çempionuna nə edəcək?

Azərbaycanlı dünya çempionu Bəhram Rəcəbzadə kikboksinq üzrə peşəkar rinqdə növbəti döyüşünə çıxacaq.

Sportinfo.az xəbər verir ki, “Qızıl Qurd” ləqəbli Rəcəbzadə 95 kq çəki dərəcəsində “X Fight Nights” promouterinin “Legends” (“Əfsanələr”) adlı döyüş gecəsində çıxış edəcək.

Görüş martın 29-da Çexiyanın paytaxtı Praqanın “Kralovka” İdman Zalında baş tutacaq.

“Orion” İdman Klubunun döyüşçüsü olan Rəcəbzadənin rəqibi çexiyalı kyokuşin karate üzrə dünya çempionu Yan Soukup olacaq. Döyüş kikboksinqin K1 versiyası üzrə keçiriləcək.

Bəhram Rəcəbzadə İran azərbaycanlısı olsa da, döyüşlərini tarixi vətəni olan Azərbaycan adından keçirir.

Digər Xəbərlər
Xəbər Lenti