COP29

Azərbaycanın DÇ-da növbəti xalını İrandan qazandı

14 Mart 2019 00:10 Karate 496
Azərbaycanın DÇ-da növbəti xalını İrandan qazandı

Qazaxıstanın paytaxtı Astanada təşkil olunan şahmat üzrə komandalararası dünya çempionatı başa çatmaq üzrədi.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması VIII tur çərçivəsində İranla qarşılaşıb.

İki şahmatçımızın bərabərə qaldığı turda Rauf Məmmədov qalib gəlsə də, Arkadi Naydiç uduzaraq, üstünlüyü əldən verib. Nəticədə komandamız İranla heç-heçə edib.

Yığmamız öncəki turlarda Çin (3,5:0,5), İngiltərə (2,5:1,5) və İsveçə (3:1) uduzub,

Qazaxıstan, Rusiya və Hindistanla heç-heçə oynayıb - 2:2. Komandamız yalnız V turda ABŞ -ı 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

Yığmamızın aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov Astanaya yollanmayıblar. Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edir.

İran - Azərbaycan - 2:2

Parham Maqsudlu - Arkadi Naydiç - 1:0

Puya İdani - Rauf Məmmədov - 0:1

Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5

Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5

Digər Xəbərlər
Xəbər Lenti