COP29

Azərbaycan karateçiləri Seriya A-da qızıl və bürünc medal qazandı

4 Mart 2019 00:50 Karate 494
Azərbaycan karateçiləri Seriya A-da qızıl və bürünc medal qazandı

Azərbaycanın əsas milli karate komandasının üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A turnirində müxtəlif medallara sahib olublar.

Sportinfo.az xəbər verir ki, A.Qurbanlı yarışın qalibi, A.Mamayev isə bürünc mükafatçı olub.

Bürünc medal uğrunda həlledici görüşə qatılan Firdovsi Fərzəliyev (-60 kq) isə son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyü əldən verib.

1-3 mart tarixlərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edib.

Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.

Milli komandamızı martın son günləri İspaniyada Avopa çempionatı gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti