Sportinfo.az xəbər verir ki, son vaxtlar karateçilərimizin, xüsusi ilə beşqat dünya çempioni və dünya karatesinin incisi olan Rafael Ağayevin mötəbər turnirlərdə qalib gələ bilməməsi ciddi narahatlıqlar doğurur.
Yaxın keçmişimizin digər əfsanəvi karateçisi olmuş, Rafaelin unukal karateçi kimi püxtələşməsinin canlı şahidi olan, hazırda isə onun şərəfini qoruduğu "Qəbələ" İdman Klubunun vitse-prezidenti postunda çalışan Fariz Nəcəfov həmkarının müdafiəsinə qalxıb:
"İdmanda daim qalib gəlmək mümkün deyil. Heç kəsə sirr deyil ki, Rafaelə qarşı döyüşən karateçilər bu döyüşə xüsusi olaraq hazırlaşır.
Hər bir karateçinin arzusudu ki, heç olmasa, bir dəfə onu məğlub etsin. Rafael də bunu anlayır, ona görə də istər 10-12 il bundan qabaq, istərsə də indi o, nəinki yarışlarda, məşqlərdə də hamıya örnəkdi və idman zalını sonuncu tərk edir.
Onun əsas hədəfi Olimpiya Oyunları və orda əldə edə biləcəyi uğurdu. Yaşının nisbətən çox olmasına baxmayaraq, o, Olimpiada istədiyi nəticəni əldə edə biləcəyinə inanıram".

