Yeni Azərbaycan çempionatı keçiriləcək - Hər bölgədən olacaq

26 Fevral 2019 08:24 Karate 935
Yeni Azərbaycan çempionatı keçiriləcək - Hər bölgədən olacaq

“Bu il əsas hədəfimiz Çinin Şanxay şəhərində keçiriləcək dünya çempionatında yüksək nəticə qazanmaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu uşu federasiyasının prezidenti Azər Həsənsoy deyib.

Ölkəmizdə bu idman növünə xüsusi maraq olduğunu vurğulayan mütəxəssis əlavə edib: “Bu yarış uşu üzrə ənənəvi IV Azərbaycan çempionatıdı.

Ənənəvi uşu ilə digər uşu yarışları fərqlənir. Ənənəvi uşuda bu idman növünün bütün növləri üzrə yarışlar keçirilir.

Bu yarışda idmançılarımız əsasən çinda, vinçun və tuyşou növləri üzrə mübarizə aparırlar.

May ayında isə uşunun sanda və tao növləri üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu yarışda Azərbaycanın hər bir bölgəsindən olan idmançılar iştirak edəcəklər”.

İdmançılarımızın daha nüfuzlu turnirlərdə də iştirak edəcəklərini diqqətə çatdıran Azər Həsənsoy bildirib ki, qarşıda onları böyük yarışlar gözləyir.

Aprel ayında Moskvada Avropa çempionatında idmançılarımız bütün növlər üzrə iştirak edəcəklər. Oktyabr ayında isə Çinin Şanxay şəhərində uşu üzrə dünya çempionatı keçiriləcək.

Əsas hədəfimiz Çindəki dünya çempionatında yüksək nailiyyətlər əldə etməkdir. Bu səbəbdən idmançılarımız bu yarışa xüsusi diqqətlə hazırlaşırlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti