"Qəbələ"li Rafael Ağayev bürünc medal qazandı - FOTO

18 Fevral 2019 16:48 Karate 719
"Qəbələ"li Rafael Ağayev bürünc medal qazandı - FOTO

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.

Sportinfo.az xəbər verir ki, idmançımız Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay Karate 1 Premyer Liqasında fərqlənib.

Ağayev nüfuzlu yarışda 75 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Karateçimiz xorvatiyalı İvan Martinaçı 1:0, italiyalı Andrea Minardini 4:0, türkiyəli Erman Eltemuru 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Finalın bir addımlığında iranlı Bəhmən Əsgəriyə 0:2 hesabı ilə uduzan Rafael bürünc medal uğrunda döyüşə çıxıb.

Fransa təmsilçisi Loqan Da Kostanı məğlubiyyətə uğradan karateçimiz turnirdə 3-cü yeri tutaraq bürünc mükafatın sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!