Dünya Karate Federasiyasının texniki komitəsinin üzvü Yaşar Bəşirov WKF-in medalı ilə təltif edilib.
Sportinfo.az xəbər verir ki, Dubayda keçirilən premyer liqa seriyasına qatılan Azərbaycan nümayəndə heyəti yarış çərçivəsində görüşlər keçirib.
WKF-in prezidenti Antonio Espinos və turnirin təşkilat komitəsinin rəhbəri, həmçinin WKF-in vitse-prezidenti Nəsir Alrazooqi ilə toplantıda bu idman növünün inkişafı və kütləviliyinin artırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

