Qarşıya qoyulan əsas məqsəd - dünya çempionatının qızıll - VİDEO

4 Yanvar 2019 00:40 Karate 688
Qarşıya qoyulan əsas məqsəd - dünya çempionatının qızıll - VİDEO

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası 2018-ci ilin yekunları ilə bağlı tədbir keçirib.

Sportinfo.az xəbər verir ki, assosiasiyaya daxil olan Muay-tay, Uşu və Alpaqut federasiyalarının təmsilçiləri il ərzində iştirak etdikləri yarışlarda uğurla çıxış ediblər.

Ötən illə müqayisədə bu il qazanılmış medalları həm sayı həm də əyarı daha yüksək olub. İlin yekunları ilə bağlı tədbirdə döyüş növləri federasiyalarının fəaliyyəti zamanı fərqlənmiş məşqçi, hakim və rəsmilər mükafatlandırılıblar.

Daha sonra Assosiasiyaya üzv olan federasiyaların təşkil etdiyi yarışlara media dəstəyi verən kütləvi informasiya vasitələrinə diplomlar təqdim edilib.

Təqvimə əsasən yanvar ayının sonu Uşu üzrə Bakı çempionatı təşkil olunacaq. Qarşıya qoyulan əsas məqsəd isə Çində keçiriləcək Uşu sanda üzrə dünya çempionatında qızıl medal qazanmaqdı.

Adıçəkilən növdə mübarizə aparan idmançılarımız son 15 ildə dəfələrlə mükafatçılar siyahısına düşsələr də fəxri kürsünün birinci pilləsinə qalxa bilməyiblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti