"Qəbələ"li Niyazi Əliyev İstanbuldan qızıl medalla dönür

6 Mart 2017 09:36 Karate 682
"Qəbələ"li Niyazi Əliyev İstanbuldan qızıl medalla dönür

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Niyazi Əliyev növbəti uğurunu qazanıb. Sportinfo.az xəbər verir ki, təmsilçimiz Türkiyənin İstanbul şəhərində keçirilən Bosfor turnirində çıxışını uğurla başa vurub.

67 kq çəki dərəcəsində qüvvəsini sınayan Niyazi yarışda keçirdiyi bütün qarşılaşmalardan qalib ayrılıb. Bununla da karateçimiz 30-cu Bosfor turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ənənəvi beynəlxalq turnirdə 23 ölkədən 1394 idmançı qatılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti