Azərbaycan karateçiləri "Bosfor" turnirində iştirak edəcəklər

4 Mart 2017 00:40 Karate 779
Azərbaycan karateçiləri "Bosfor" turnirində iştirak edəcəklər

Karate üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində keçiriləcək 30-cu beynəlxalq "Bosfor" karate turnirinə yola düşüb. Sportinfo.az-ın Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün start götürəcək yarışda ölkəmizi 27 idmançı təmsil edəcək. 23 ölkədən 1394 karateçinin qatılacağı turnirə martın 5-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!