Azərbaycan MMA Federasiyasının prezidenti mükafat aldı

18 Noyabr 2018 00:40 Karate 1 341
Azərbaycan MMA Federasiyasının prezidenti mükafat aldı

Bəhreyndə IMMAF və WMMAA tərəfindən ilk dəfə təşkil edilən qarışıq təkbətək döyüş növləri üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, İstirahət günündə qonaqların şərəfinə ziyagət təşkil edilib.

Tədbirdə nominasiyalar üzrə ən yaxşılar təltif olunub. Azərbaycan MMA federasiyası da mükafata layiq görülənlər sırasında olub.

WMMAA rəhbəri Vadim Finkelşteyn qarışıq təkbətək döyüş növlərinin Azərbaycanda inkişafındakı xidmətlərinə görə – Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənova xüsusi mükafat təqdim edib.

Mərasimdə qeyd olunub ki, bizimkilər WMMAA və IMMAF tərəfindən tanınan yeganə idman qurumudur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!