Azərbaycan parakarateçisi DÇ-də “gümüş” qazandı

12 Noyabr 2018 20:00 Karate 706
Azərbaycan parakarateçisi DÇ-də “gümüş” qazandı

Parakarate üzrə Azərbaycan milli komandasının yeganə üzvü Sahib Əhədov dünya çempionatının gümüş mükafatını qazanıb.

Sportinfo.az xəbər verir ki, o, həlledici görüşdə Yasushi Obadan (Yaponiya) 0,9 xal geri qalıb.

İlk mərhələdə 40,5 xal toplayaraq finala yüksələn idmançımız həlledici görüşdə 43,7 xal toplayıb. İki il əvvəl Avstriyanın Lints şəhərində keçirilmiş XXIII dünya çempionatında Sahib Əhədov IV yeri tutmuşdu.

Karate üzrə dünya çempionatında Azərbaycan daha iki medal qazanıb. Belə ki, İrina Zaretskaya ilk dəfə dünya çempionatının qızıl, Rafael Ağayev isə bürünc medalını əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!