FHN əməkdaşı Avropa çempionatında ikinci yeri tutdu

31 Oktyabr 2018 11:12 Karate 801
FHN əməkdaşı Avropa çempionatında ikinci yeri tutdu

Rumıniyanın paytaxtı Buxarestdə 25-27 oktyabr tarixlərində Kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, həmin çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

R.Müslümov iki dəfə dünya mükafatçısıdı. O, eyni zamanda 20-21 oktyabrda keçirilmiş Avrasiya Çempionatında birinci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti