Ağayevə Tokioda “Grand Winner” mükafatı verildi

15 Oktyabr 2018 09:48 Karate 749
Ağayevə Tokioda “Grand Winner” mükafatı verildi

Azərbaycan idmançıları Tokioda Karate1 Premyer Liqa seriyasından ilin son turnirində uğursuz çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici çıxışlara, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafat uğrunda həlledici görüşə qatılsa da, zədə alan F.Fərzəliyev və A.Qurbanlı mükafatçılar sırasına düşə bilməyib.

Ayxan Mamayev (-84 kq) isə üçüncü görüşdə ciddi zədələnərək məğlubiyyətə məcbur olub. Şahin Atamov (+84 kq) hakim səhvi üzündən məğlub olub.

Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara "Grand Winners" mükafatı təqdim olunub.

Milli komandanın üzvlərindən daha uğurlu mövsüm keçirən Rafael Ağayev (-75 kq) bu mükafata layiq görülüb.

16 oktyabr tarixində Bakıya dönəcək milli komanda ertəsi gündən dünya çempionatına hazırlıqları davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!