COP29

"Səhvlərin öhtəsindən gələcəm"

20 Sentyabr 2018 09:24 Karate 520
"Səhvlərin öhtəsindən gələcəm"

"Hamı bilməsə də, peşəkar idmançılara məlumdu ki, il ərzində hər zaman zirvədə qalmaq mümkün deyil".

Sportinfo.az xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında gümüş medal qazanan Rafael Ağayev Gənclər və İdman Nazirliyində təşkil olunmuş mətbuat konfransında deyib.

"Qəbələ"li 5 qat dünya çempionu il ərzində 7-ci yarışda iştirak etdiyini və hər birində də medal qazandağını vurğulayıb:

"Heç bir yarışdan medalsız qayıtmamışam. Bu o demək deyil ki, mən hər şeyi əldə etmişəm. Döyüş zamanı hansısa səhvlərə görə finalda məğlub oluruq.

Sonra isə yarışı izləyirik və səhvlərimiz üzərində çalışırıq. Məşqçilərin köməyi ilə səhvlərin öhtəsindən gələcəm".

33 yaşlı idmançı daha sonra hədəflərindən danışıb: "Bizim hədəfimiz nəyinki olimpiyadaya lisenziya qazanmaq, həm də dünya çempionluğunu və olimpiya medalını Azərbaycana gətirməkdi. İnanıram ki, qızıl medalı vətənə gətirəcəyik. Qarşıdakı yarışlarda bütün idmançılara uğurlar arzulayıram".

Karate1 Premyer Liqasında Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) gümüş, Firdovsi Fərzəliyev (60) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti