Almaniya Premyer Liqasında 2 gümüş və 1 bürünc medal

18 Sentyabr 2018 00:40 Karate 703
Almaniya Premyer Liqasında 2 gümüş və 1 bürünc medal

Millimiz Almaniyada karate1 premyer liqasında uğurlu çıxış edib.

Sportinfo.az xəbər verir ki, 72 ölkədən 763 idmançı iştirak etdiyi yarışda Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) 2-ci yeri, Firdovsi Fərzəliyev (60 kq) 3-cü olublar. Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qalıb.

Mövsümün son liqası 12-14 oktyabrdaTokioda keçiriləcək. Milli komanda Vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!