Bakıda qayınatasını döyən "Neftçi"nin baş məşqçisi həbs edildi

8 Sentyabr 2018 00:30 Karate 2 542
Bakıda qayınatasını döyən "Neftçi"nin baş məşqçisi həbs edildi

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.

Sportinfo.az xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidi.

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılı.

Ehram Məcidov "Neftçi" İSM-də kikboks bölməsinin baş məşqçisidir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!