Karateçilərimiz İsveçrədə 11 kubok qazandılar - FOTOLAR

3 Sentyabr 2018 09:36 Karate 709
Karateçilərimiz İsveçrədə 11 kubok qazandılar - FOTOLAR

İsveçrənin Bazel şəhərində keçirilən IX Open Masters 2018 turnirində karateçilərimiz gözəl nəticə ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, 10 idmançı ilə qatılan karate millimiz 11 kubok (bu yarışda medal əvəzinə kubok verirlər) qazanıb.

Belə ki, Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Rafiz Həsənov (67 kq) və İrina Zaretskaya (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Şahin Atamov (+84 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) isə bürünc kuboka yiyələnib.

Master Klassda (bu kateqoriyada bütün çəkilər mübarizə aparır) Şahin Atamov və İlahə Qasımova gümüş, İrina Zaretskaya bürünc kubok qazanıb.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti