"Özümün nə evim, nə də maşınım var” - Dələduz adlandırılan federasiya prezidenti

2 Sentyabr 2018 13:07 Karate 1 175
"Özümün nə evim, nə də maşınım var” - Dələduz adlandırılan federasiya prezidenti

Bir neçə ay əvvəl millət vəkili, Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev bəzi federasiyaları dələduz adlandırmışdı.

Sportinfo.az xəbər verir ki, onun dələduz adlandırdığı federasiyalardan biri də Faiq Rəfiyevin rəhbəri olduğun Azərbaycan Budo Federasiyasıdı.

Unikal.org-a danışan F.Rəfiyev millət vəkiliylə görüşüb bununla bağlı söhbət etdiklərini deyib: "Hazırda mən ölkə xaricindəyəm. İşlə bağlı gəlmişəm.

Federasiyamız fəaliyyətini davam etdirir. İdmançılarımız komandadı, məşqlər keçirilir. O ki qaldı Adil Əliyevin müsahibədə dediklərinə, bu barədə oxumuşam.

Bizim Adil müəllimlə heç bir problemimiz yoxdu. Həmin müsahibədən sonra biz Adil Əliyevlə görüşmüşük. Ola bilsin, həmin vaxt onun bizdən incikliyi olub. Hazırda münasibətlər yaxşıdı.

Düzdü, əvvəllər bir az anlaşılmazlıq olmuşdu. Budo Döyüş Növlərində "freeKontakt” stili var. Onun qaydaları da kikboksa yaxındır. Problem də buradan yaranmışdı”.

Faiq Rəfiyev özü haqqında və federasiyanın maddi durumu haqqında bəzi məlumatları verib: "Mən heç bir dövlət işində çalışmıram.

Azərbaycan Budo Döyüş Növlərinin rəhbəriyəm. Hazırda heç bir maliyyə dəstəyimiz yoxdur. Buna görə də çətinliklərimiz çoxdur. Buna görə bir-iki sponsor olacaq şəxslərllə görüşmüşük.

Maddi vəziyyətə görə idmançılarla aramızda heç bir problem yaranmayıb. Komandadakı hamı məni başa düşür.

Yəni, onların yaşadığını mən də yaşayıram. Özüm də 21 ildir Bakıda kirayən qalıram. Özümün nə evim, nə də maşınım var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti