Şəhidimizin xatirəsinə turnir keçiriləcək

1 Sentyabr 2018 13:36 Karate 666
Şəhidimizin xatirəsinə turnir keçiriləcək

Ağsu rayonunda 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, Müdafiə Nazirliyinin xüsusi təyinatlı giziri Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş Uşu-Sanda idman növü üzrə Respublika Turniri keçiriləcək.

Bu barədə Sportinfo.az-a turnirin təşkilat komitəsindən məlumat verilib.

Yarışın təşkilatçısı Uşu-Sanda Federasiyasının prezidenti Azər Həsənsoy və 3 qat Avropa çempionu Elçin Eminovdur.

Sentyabrın 2-də baş tutacaq turnirdə 120-dən artıq idmançı 1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə aparacaq.

Tədbirdə 48, 52, 56, 60, 65, 70, 75, 80, 85 və 85+ çəki dərəcələrində olan idmançılardan ibarət komandalar yarışacaq. Hər çəki dərəcəsində olan komandalar arasında qalib yerlər müəyyən ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!