Yeniyetmələrin Avropa birinciliyində növbəti “bürünc” Murad Hacızadədən gəldi

20 Fevral 2017 00:46 Karate 883
Yeniyetmələrin Avropa birinciliyində növbəti “bürünc” Murad Hacızadədən gəldi

16-18 yaşlı yeniyetmə komandamızın öncüllərindən Murad Hacızadə (+76 kq) Avropa birinciliyinin bürünc medalını qazanıb. Sportinfo.az xəbər verir ki, istedadlı Sumqayıt karateçisinin final imkanı olsa da, yarışın gələcək qalibi, bosniya və herseqovinalı həmkarı ilə 2:2 hesabı ilə başa çatan görüşdə, qələbə rəqibə verilib.

2-ci dövrədə erməni idmançıya 6:o hesabı ilə qalib gələn Həsən Əliyev (16-18 yaşlı gənclər, 55 kq) yarımfinalda məğlub olub, təsəlliverici qarşılaşmada da bürünc medalı qaçırıb. Ondan başqa eyni yaş qrupunda 3-cü yer üçün kumitedə Hümmət Baxşəliyev (61 kq) və Fidan Teymurova mükafatsız qalıblar. Beləliklə, 2 bürünc medala sahib olan Azərbaycan karateçiləri mükafat qazana bilən 30 ölkə arasında 19-cu pilləyə yüksəlib. Yarışın son günü, 19 fevralda 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!