Bakıda maşınla adam öldürən dünya çempionu hakim qarşısında

9 Avqust 2018 19:36 Karate 934
Bakıda maşınla adam öldürən dünya çempionu hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə ittiham olunan Urxan Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 14-nə təyin edilib. Bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini 31 yaşlı Səlim Zülfüqarov naməlum avtomobillə vurulub. O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb və orada ölüb.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin BMW markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

U.Orucov peşəkar idmançıdır Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti