Oğlunu itirmiş 38 yaşlı azərbaycanlı məşqçi dünyasını dəyişdi

9 Avqust 2018 08:24 Karate 887
Oğlunu itirmiş 38 yaşlı azərbaycanlı məşqçi dünyasını dəyişdi

Tanınmış idmançı Cəhdi Ramil dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Kung Fu Federasiyasının məşqçisi 38 yaşında vəfat edib.

Həkimlər idmançının ürək çatışmazlığından keçindiyini bildirib. Dostlarının bildirdiyinə görə, idmançı bir müddət əvvəl Cəlal adında yeniyetmə oğlunu itirib və onun ürəyi bu acıya tab gətirməyib.

Cəlal atasının yolunu davam etdirirdi və respublika çempionu idi. O meningitdən vəfat edib. Cəhdi Ramil Tərtərdə yaşayırdı və orada böyük nüfuza malik idi. Mərhum yaşadığı rayonda dəfn olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti