Azərbaycan millisinin 19 üzvü Premyer Liqada çıxış edəcək

5 İyun 2018 18:48 Karate 1 005
Azərbaycan millisinin 19 üzvü Premyer Liqada çıxış edəcək

İyunun 8-də Türkiyənin İstanbul şəhərində start götürəcək Karate1 Premyer Liqa turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 19 idmançı yer alıb.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Şahin Xudaverdiyev Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (hər ikisi 67 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (hamısı 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərova (hamısı +84 kq) etimad göstərib.

Qadınlardan ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev Nuranə Əliyeva və Fidan Teymurovanı (hər ikisi 50 kq), eləcə də İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) heyətə daxil edib.

Vahid Ayvazovun baş məşqçi olduğu kataçılar isə fərdi yarışlarda Roman Heydərovla, komanda çıxışlarında Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyətlə mübarizə aparacaq.

Azərbaycanın beynəlxalq hakimləri Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq. Mövsümün 7 Karate1 Premyer Liqa turnirindən olan 5-ci nüfuzlu yarışa 63 ölkədən 607 idmançı qatılacaq.

Bu yarışda medallardan başqa hər bir qələbə idmançılara dünya reytinq xalları qazandırır. Yarışa iyunun 10-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti