Gənc karateçilərimiz Bolqarıstana olimpiadaya lisenziya xalları üçün

26 May 2018 00:50 Karate 1 176
Gənc karateçilərimiz Bolqarıstana olimpiadaya lisenziya xalları üçün

Millimiz Bolqarıstan paytaxtı Sofiya gənclər arasında ilk liqada iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, 24-28 mayda keçiriləcək bu sınaq həm də Buenos-Ayres yeniyetmələrin olimpiya oyunlarına lisenziya xalları qazandıracaq.

Baş məşqçi Anar Allahverdiyev, eləcə də ustalardan ibarət yığmanın 1-ci çalışdırıcısı Şahin Xudaverdiyev məsul yarışda 10 idmançıya fürsət verəcək.

Bunlar Elmir və Elnur Aşurov qardaşları (55 kq və 61 kq), Xəqan Həsənov (55 kq), Tural Yaqubov (68 kq), Məhəmməd Məmmədov, Bəxtiyar Rzayev (hər ikisi – 68 kq), Amil Bünyadzadə, Musa Sarıyev (+76 kq); Mədinə Sadıqova (48 kq) və Polina Hurenkodur (53 kq).

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti