“11-ci dəfə qitə çempionu oldum. Bu yüksək formanı saxlamağa davam edəcəm.
Qarşıda dünya çempionatı gəlir. Çalışacam ki, orda bir daha öz sözümü deyim”.
Sportinfo.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyində təşkil olunan görüşdə millinin öncülü Rəfael Ağayev (75 kq) deyib.
Titullu kimono ustasının sözünə görə, əsas hədəf Tokio-2020-di: “Xeyli sayda yüksək əyarlı medalım var.
Amma hər bir idmançının arzusu 4 ildən bir keçirilən olimpiya oyunlarına düşmzk və orda da uğur qazanmaqdı. Tale indi mənə həmin fürsəti yaradıb. Hədəfim Tokio olimpiadasında qızıl medaldır”.

