Baş katib Avropa çempionatından danışdı

5 May 2018 09:24 Karate 688
Baş katib Avropa çempionatından danışdı

09-14 aprel tarixlərində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) böyüklərdən ibarət nümayəndə heyəti Serbiyanın Noviy Sad şəhərində keçiriləcək olan Avropa çempionatında tam heyətlə təmsil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Karate üzrə Azərbaycan millisinin Avropa çempionatı haqqında AMKF-nin baş katibi MirHəsən Seyidov məlumat verib.

Baş katib bildirib ki, Avropa çempionatından öncə milli komandanın üzvləri 10 günə yaxın müddətdə Şəki Olimpiya Kompleksində təlim məşq toplantısı keçib.

Məşqlər tam formada qaydasında keçirilib. İdmançıların bəzi zədələlərinin olmasına baxmayaraq hazırlıqlarımız tamdır. Federasiya rəhbərliyi, məşqçilər və idmançılar tam tərkibdə Avropa çempionatında təmsil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti