Fdeerasiyada bir sıra təyinatlar

2 May 2018 17:36 Karate 956
Fdeerasiyada bir sıra təyinatlar

Azərbaycan Kunq Fu Federasiyasının (AKFF) İdarə Heyətinin iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, toplantıda bir sıra vəzifələrə təyinatlar olub.

Kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov ümumi işlər üzrə vitse-prezident, iş adamı Tural Alişanlı isə ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident təyin ediliblər.

Dünya və Avropa çempionu Emil Hacıyev peşəkarlar, eyni titullara sahib Ramin Allahverdiyev böyüklər, idman ustası Aqil Mustafayev gənclər, Ellər Orucov isə yeniyetmələr üzrə baş məşqçi vəzifəsini icra edəcək.

Federasiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İntizarə Məmmədova təyin olunub. İclasın sonunda bu il baş tutacaq daxili və beynəlxalq yarışlar müzakirə edilib, müvafiq qərarlar verilib.

AKFF-nin prezidenti Nurlan Aslanov 2000-ci ildən kunq fu idman növü ilə məşğuldu. O, dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti