"Qəbələ"li olan Rafael Ağayevdən uğurlu debüt

7 Aprel 2018 19:12 Karate 856
"Qəbələ"li olan Rafael Ağayevdən uğurlu debüt

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev Karate Kombat təşkilatının üzvü olub.

Sportinfo.az.az xəbər verir ki, idmançımız Full Kontakt karate üzrə döyüşlərdə debüt edib.

5 dəfə dünya, 10 dəfə Avropa çempionu ilk döyüşünə Macarıstanın paytaxtı Budapeştdə çıxıb. Ağayev ilk döyüşündə Dominikan Respublikasının təmsilçisi Dionisio Qustavo ilə qarşılaşıb. Qalib gələn Rafael debütdə ilk qələbəsini qazanıb.

İdmançımız yeni yaradılan Full Kontakt Karate Liqasında mübarizə aparacaq. 30-dan artıq ölkənin 100-dən çox karateçisinin qatıldığı turnirə aprelin 26-da ABŞ-ın Mayami şəhərində start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti