"Qəbələ"nin dünyada tanınan siması Dubayda qızıl əldə etdi: FOTO

19 Fevral 2018 10:24 Karate 771
"Qəbələ"nin dünyada tanınan siması Dubayda qızıl əldə etdi: FOTO

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, idmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mötəbər Karate 1 Premyer Liqa turnirində iştirak edib.

75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. İdmançı finalda macarıstanlı Qabor Harspatakini məğlub etməklə qızıl medalçı olub.

Millimizin digər üzvləri - Ayxan Mamayev (-84 kq) və Nuranə Əliyeva (-50kq) isə bürünc medal qazanıblar.

2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti