DƏHŞƏT! Azərbaycanda məşqçinin evi partladı, yanaraq dünyasını dəyişdi - FOTOLAR

1 Fevral 2017 18:00 Karate 1 318
DƏHŞƏT! Azərbaycanda məşqçinin evi partladı, yanaraq dünyasını dəyişdi - FOTOLAR

Bir neçə gün əvvəl Sumqayıtda fərdi evdə baş verən qaz sızmasından sonra yaranan partlayış zamanı xəsarət alan Veysəlovlar ailəsinin üzvlərindən biri dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, sözügedən şəxs Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının Sumqayıt şəhəri üzrə rəsmi nümayəndəsi Rövşən veysəlovdu.

Ağır yanıq xəsarətləri alan mərhum bu gün müalicə olunduğu xəstəxanada rəhmətə gedib. 1970-ci il təvəllüdlü Əməkdar məşqçi Azərbaycan Milli Karate Federasiyasının da məşqçisi idi.

Mərhumun həyat yoldaşı Dilarə Veysəlova və övladı Xaliq Veysəlov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər, müalicələri davam etdirilir.

Allah rəhmət eləsin!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti