Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb. Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan Milli Karate Federasiyasıdır.
Bank baş sponsoru olduğu federasiya ilə müqavilə müddətini artırmayıb. AMKF-in I vitse-prezidenti Rəhman Həsənov "report"a açıqlamasında bildirib ki, sponsorluğun davam etdirilməsi ilə bağlı onlara heç bir rəsmi məlumat verilməyib:
"Hələ cavab gözləyirik. Baş sponsor yanvarın 1-dən maliyyə vəsaiti ayırmır. İdmançılarımız Fransada keçirilən I Premyer Liqa yarışına da Gənclər və İdman Nazirliyinin hesabına yollanıb".
ABB Sportinfo.az-ın 1 ay əvvəldən (http://sportinfo.az/news/266) verdiyi xəbəri rəsmən təsdiq edərək yanvarın 27-də "İnter”ə sponsorluğun dayandırılmasına qərar verildiyini açıqlayıb.

