Azərbaycanlı “Brilyant oğlan” Fransada finala çıxdı – FOTO

28 Yanvar 2018 19:14 Karate 817
Azərbaycanlı “Brilyant oğlan” Fransada finala çıxdı – FOTO

Karate üzrə Azərbaycan milli komandasının lideri, “Brilyant oğlan” ləqəbli Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Karate 1 Premyer Liqa turnirinin finalına yüksəlib.

Sportinfo.az xəbər verir ki, o, həlledici görüşədək beş rəqibini – Ferat Korbulyikini (Makedoniya), Yuta Morini (Yaponiya), Raif Əltürkistanini (Səudiyyə Ərəbistanı), Ərman Əltemuru (Türkiyə) və Bəhmən Əsgəri Qönçəni (İran) məğlub edib.

Ağayevin iranlı idmançı ilə döyüşü dünənin ən baxımlı qarşılaşmasından biri olub. Hesabda iki dəfə geri düşən Rafael Ağayev qələbəni son saniyələrdə ustalığı nəticəsində qazanıb – 5:4.

Azarkeşlər və yarış iştirakçıları onu alqışlarla təbrik ediblər. Dünya şöhrətli karateçimizi finalda yaponiyalı Ken Nişimura ilə daha bir görüş gözləyir.

Milli komandanın digər titullu üzvü Niyazi Əliyev (-67 kq) təsəlliverici görüşlərə qatılsa da, III pillədən kənar qalmalı olub.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirində 81 ökədən 756 idmançı mübaizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti