İki azərbaycanlı dünya çempionatının finalında

27 Oktyabr 2017 13:00 Karate 875
İki azərbaycanlı dünya çempionatının finalında

Gənclərdən ibarət milli komandamızın üzvləri Fidan Teymurova (-48 kq) və Hümmət Baxşəliyev (-61 kq) dünya çempionatının finalına yüksəliblər.

Sportinfo.az xəbər verir ki, İspaniyanın Tenerife şəhərində yarışın finalınadək son dünya ikincisi F.Teymurova dörd rəqibini, 2 il əvvəl yenyetmələrin Avropa üçüncüsü H.Baxşəliyev isə beş idmançını məğlub edib.

Final görüşləri ayın 27-də keçiriləcək. Tatamiyə çıxan digər idmançımız, ötən ilin Avropa üçüncüsü Müseyib Məmmədov (-55 kq) isə ikinci görüşdə uduzaraq mübarizəni dayandırmalı olub.

Qarşıdakı 3 yarış günü daha 8 karateçimiz medallar uğrunda yarışacaq. Dünya çempionatında 109 ölkədən 1710 idmançı iştirak edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!