Dünən İspaniya La Liqasının 18-ci turunda “Real” öz meydanında “Malaqa”ı qəbul edib. Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda Serxio Ramos dubl edib. Kapitan 35 və 43-cü dəqiqədə qonaqların qapısına yol tapıb.
Sportinfo.az xəbər verir ki, “Real“ın üzünü güldürən qarşılaşmanı karate üzrə Azərbaycan yığmasının lideri, dəfələrlə dünya çempionu olmuş Rafael Ağayev də “Santyaqo Burnabeu“da canlı izləyib. Özü də “Yuventus“a məxsus formanı geyinərək.

