Azərbaycan karateçiləri "Basel Open Masters" turnirində iştirak edəcək

16 Sentyabr 2017 00:46 Karate 724
Azərbaycan karateçiləri "Basel Open Masters" turnirində iştirak edəcək

İsveçrənin Bazel şəhərində "Basel Open Masters" beynəlxalq karate turnirində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 8-ci dəfə təşkil olunacaq yarışda yığmanın 11 üzvü mübarizə aparacaq. Turnir 16-17 sentyabrda keçiriləcək.

Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev və Novruz Əliyev (hər ikisi 75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq), eləcə də qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevadır (+68 kq).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti