167 nömrəli tam orta məktəbin üçüncü sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində karate idman növü üzrə keçirilən dünya çempionatında erməni idmançını 10:0 hesabı ilə məğlub edərək birinci yerin sahibi olub.
Sportinfo.az xəbər verir ki, istedadlı idmançımız karate idman növü üzrə dəfələrlə mükafatlar qazanıb. Ukraynada keçirilmiş VIII Dünya Kubokunda birinci, İranda təşkil olunmuş dünya çempionatında üçüncü yerə layiq görülüb. Türkiyədə keçirilmiş VII dünya kubokunda isə 25 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.
İsmayılov 2014-cü ildən “Əlincə” İdman Klubunda məşqçi Elşən Xamoyevin qrupunda şotokan karate idman növü ilə məşğul olur.

