Narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında təqsirləndirilən dünya çempionu Renad Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Renad Əliyev karate üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidi.
R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.

