"Bundan sonra gedib hamını parçalaya bilərsən"

22 Avqust 2021 23:20 Karate 833
"Bundan sonra gedib hamını parçalaya bilərsən"

Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi İrina Zaretska gələcək planlarından söz açıb.

Sportinfo.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı hələ gənc olduğunu və karyerasını davam etdirəcəyini deyib:

"Qarşıda dünya çempionatı olacaq. Karate yenidən Olimpiada proqramına daxil edilsə, mütləq ora da gedəcəyəm.

Baş məşqçimə də demişdim, bu yarışdan sonra heç nədən həyəcanlanmıram, qorxmuram. Bu, ən yüksək səviyyə idi.

Bundan sonra elə özünəinam hissi gəlir ki, gedib tatamidə hamını parçalaya bilərsən.

Dünya çempionatında daha yaxşı formada olacam. Olimpiya oyunları artıq arxada qalıb. Bundan sonra döyüşmək daha rahat olacaq ”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”