Prezidentdən Ağayevə təbrik: “Sən bu tarixin bir hissəsi oldun” - FOTO

18 Avqust 2021 11:00 Karate 733
Prezidentdən Ağayevə təbrik: “Sən bu tarixin bir hissəsi oldun” - FOTO

Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos Olimpiya mükafatçısı Rafael Ağayevə məktub göndərib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı qurum rəhbəri Rafaeli Olimpiya medalçısı olması münasibəti ilə təbrik edib.

O həmçinin bildirib ki, Tokio Olimpiadasında karate tarix yazıb və Rafael də mükafatçı kimi bu tarixin bir hissəsi olub.

Antonio Espinosun sözlərinə görə, o, karatenin Olimpiya Oyunlarının proqramında daimi idman növü kimi qalması üçün əlindən gələni edəcək.

Beşqat dünya çempionumuz Rafael Ağayev Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"