"Uduzmağa öyrəşməməliyik, amma biz də robot deyilik"

3 İyul 2021 23:00 Karate 677
"Uduzmağa öyrəşməməliyik, amma biz də robot deyilik"

"Hər idmançının arzusu olimpia çempionu olmaqdır.

Mən də bunu ürəkdən istəyirəm. Amma hərəkət etmək və çalışmaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək karateçi Rafael Ağayev Azərbaycan Milli Olimpiya Komitəsinə müsahibəsində deyib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı karyerasını bitirmək barədə düşünmədiyini bildirib: "Allah mənə nə qədər güc veribsə, nə qədər canım istəyirsə, zədələr olmasa, o qədər vuruşacağam".

Ağayev bütün ailə üzvlərinin onu dəstəklədiyini söyləyib: "Təəssüflər olsun ki, anam rəhmətə gedib. O, sağ olarkən mənə çox dəstək verirdi".

Karateçi 5 qat dünya və 11 qat Avropa çempionu olmağın onda əlavə məsuliyyət və təzyiq yaratdığını sözlərinə əlavə edib:

"Peşəkar idmançı hər zaman məsuliyyət daşımalıdır. Diqqət həmin şəxsin üzərində olur və ondan qızıl medal gözlənilir.

Uduzmağa öyrəşməməliyik, amma biz də robot deyilik. Məğlub olmağı bacarmalıyıq. Uduzduğumuz qarşılaşmaların səbəbini tapmalı və səhvlərin üzərində işləməliyik".

Digər Xəbərlər
Xəbər Lenti