“Mən heç kim üçün hədiyyə deyiləm”

23 İyun 01:10 Karate 353
“Mən heç kim üçün hədiyyə deyiləm”

"Nəinki olimpiadada, hər yarışda medal qazanan idmançıdan yüksək nəticə gözləyirlər.

Uğur qazanmaq istəyirsənsə, nəyisə qurban verməlisən".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı üzərində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib:

"Hazırlığımız Türkiyənin İstanbul şəhərində keçir. Bir neçə gündən sonra yenidən oraya yollanacağam. Olimpiadada özümə və komandamıza güvənirəm. Tokioya qızıl medal üçün gedirəm".

Ağayev ümidləri doğrultmağa çalışacağını sözlərinə əlavə edib:

"Çox az zaman qalıb. Vaxt azaldıqca həyəcan artır. Hamı düşünür ki, Rafaelin karyerasının sonudur, qocalıb.

Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma hər şeyi bilən Allahdır. Olimpiadada ən çətin rəqibim yapon Ken Nişimura və italyan Luici Buzadır.

Yaponla döyüşüm alınmır. Heç biri zəif deyil. Amma mən də heç bir rəqibim üçün hədiyyə deyiləm. Hər şey yaxşı olacaq".

Olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb.

Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ