Ağayev dedi: "Evimizdə bir çörək tapmamışıq bölüb yeyək"

7 İyun 2017 18:12 Karate 1 226
Ağayev dedi: "Evimizdə bir çörək tapmamışıq bölüb yeyək"

“Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq. Bir-birimizi istədik və ailə qurduq. İndiyənə kimi də xoşbəxtəm” - Sportinfo.az xəbər verir ki, bu sözləri dünya çempionu Rafael Ağayev “100-dən 1-i” verilişində deyib.

Karateçi qazancından söz açıb: “Elə zamanlar olub ki, evimizdə bir çörək tapmamışıq bölüb yeyək. Kasıb ailədə böyümüşəm. İndi qazanıram, ailəliyəm. Gələcəkdə balalarım üçün gün ağlamağa çalışıram.

7 yaşımdan idmandayam, ilk maaşım 100 dollar olub. Heç vaxt böyük məbləğdə pul xərcləmirəm. Özümə lazım olan qədər götürür, qalanını valideynlərimə verirəm. İnsan gərək keçmişini unutmasın”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!